Cik-cik xanım Okuma Masalı

Biri vardı, biri yoxdu, Allahdan başqa heç kim yoxdu. Bir gün Cikcik xanım qara tikan çəpərinin üstə qonub çik-çik edə-edə bu tikandan o biri tikana, o tikandan bu tikana atılıb oynuyurdu. Qoca qarı da qapıda təndir odlayırdı. Birdən Cik-cik xanımın ayağına bir tikan batdı. Cik-cik xanım başladı ağlamağa. Qarı nənə dedi:
– Ay Cik-cik xanım, niyə ağlayırsan?
Cik-cik xanım cavab verdi ki:
– Ay qarı nənə, ayağıma tikan batıb, gəl bunu çıxart.
Qarı gəlib sərçənin ayağının tikanın çıxardıb atdı təndirə. Bir az keçəndən sora Cik-cik xanım bir o yana-bir bu yana uçub dedi:
– Qarı nənə, mənim tikanımı ver özümə.
Qarı nənə cavab verdi:
– Hardan alım? Atdım təndirə, yandı.

Cik-cik xanım:
– Mənə nə borc, tikanımı verirsən ver, verməyirsən çörəyini götürüb qaçasıyam.
Qarı qaldı məhətdəl. Cik-cik xanım da o yana uçdu, bu yana uçdu, şığanıb qarının bir çörəgin götürüb qaçdı. Gögnən gedirdi, gördü bir çoban qoyun sağır. Qondu yerə. Başladı yavaş-yavaş çobana doğru gəlməyə. Çobana yaxınlaşıb dedi:
– Bərəkətli olsun, çoban qardaş! Al sana bir isti çörək gətirmişəm, doğra südə, ye.
Çoban sevinib çörəgi alıb, doğradı çanağına, üstə də bir az su töküb başladı yeməgə. Cik-cik xanımı da çağırıb dedi:
– Cik-cik bacı, gəl sən də ye.
Cik-cik xanım cavab verdi:
– Mən toxam, yemirəm, sağ ol.
Çoban çörəgi yeyib qurtarandan sora Cik-cik xanım dedi:
– Çoban qardaş, daha bundan artıq dura bilmərəm. Çörəgimi ver, gedirəm.
Çoban cavab verdi:
– Çörəgi hardan alım, yedim, çıxdı getdi.
Cik-cik xanım dedi:
– Mənə nə borcdı, yedin çörəgimi. Versən ver, yoxsa, qoyununun birisin götürüb qaçaciyəm.
Çoban cavab verdi:
– Balam, məndə nə günah var? Sən özün çörəyi verdin ki, ye, mən də yedim. Səndən güc ilə almadım ki...
Cik-cik xanım dedi:
– Buna bax, buna! Sən məndən güc

Sponsorlu Bağlantılar

ilə çörək ala bilərdin? Bir dur gör sənin başına nə oyun gətirəciyəm?
Cik-cik xanım bir oyana uçdu, bir bu yana uçdu, çobanın bir yaxşı kök qoyununu caynağına vurub götürdü qaçdı. Çoban qaldı ağlayaağlaya ki, axşam ağam məni dögəcək.
Cik-cik xanım da ayağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı yol ilə gedir. Onlara yaxınlaşıb dedi:
– Ay qardaşlar, hara gedirsiniz?
Onlar da cavab verdilər:
– Cik-cik xanım, gedirik padşaha gəlin gətirək.
Cik-cik xanım şad olub özün yetirdi padşahın qapısına, qoyunu quluqçulara verib dedi:
– Padşahın toyuna gətirdim.
Özü də girib oturdu otaqda.
Qulluqçular qoyunu kəsib bir yaxşı bozbaş bişirdilər, gətirib qonaqlara payladılar. Camahat qazısı ilə Cik-cik xanıma da bir qabda çörək qoydular. Qazı tez-tez yeyib Cik-cik xanımı ac qoydu. Cik-cik xanım da acığa düşüb padşaha dedi:
– Mənim qoyunumu yediniz. Mən də gedib əvəzində bu saat gəlinini götürüb qaçaciyəm.
Cik-cik xanım o qədər gözlədi ki, gəlin daramba-durum ilə darvazadan içəri girən kimi soxulub atın üstündən gəlini alıb qaçdı. Padşah da bir başına dögüb, bir gözünə dögüb, qaldı ağlaya-ağlaya.
Cik-cik xanım gəlini götürüb qaçırdı. Qaçdı-qaçdı, gəldi bir ağacın yanına; gördü ki, aşıq ağacın kölgəsində oturub saz çalır. Dedi:
– Salammələk, ay aşıq qardaş! Gəl mən gəlinimi verim, sən də sazını ver mənə.
Aşıq gəlini götürüb getdi. Cik-cik xanım da sazı alıb oturdu bir fındıq ağacının kölgəsində başladı yavaş-yavaş sazı dınqıldatmağa.
Cik-cik xanım deyirdi:
Tikan verdim, çörək aldım.
Sazım dınqır, dınqır, dınqır.
Çörək verdim, qoyun aldım,
Sazım dınqır, dınqır, dınqır.
Qoyun verdim, gəlin aldım.
Sazım dınqır, dınqır, dınqır.
Gəlini verdim, saz aldım,
Sazım dınqır, dınqır, dınqır.
Birdən ağacdan bir fındıq düşdü sərçənin başına, ele oradaca o derin bir yuxuya gedir. Nagil bittiyine göre bütün körpelerin yuxusu sirin olsun.