Möcüzənin qiyməti 1-ci hissə Masalı
Tanya doqquz yaşlı,qəşəng,amma yaşına görə çox ciddi qızdır. Onun Andrey adlı balaca bir qardaşı var. Tanya qardaşını çox sevir,böyüklər kimi onun hər şıltaqlığına dözür.
Bir dəfə o, təsadüfən valideynlərinin Andrey haqqında söhbətini eşitdi. Atası ümidsiz halda gözüyaşlı anasına deyirdi: "İndi Andreyi yalnız möcüzə xilas edə bilər".
Tanya bilirdi ki, qardaşı ağır xəstədir və valideynləri onun müalicəsinə pul çatdıra bilmirlər.Hətta mənzillərini də daha kiçik mənzilə dəyişmişdilər,çünki atası həm Andreyin müalicə xərclərini, həm də ev üçün kirayə haqqını ödəyə bilmirdi. Andreyi isə yalnız çox bahalı cərrahiyyə əməliyyatı xilas edə bilərdi.
Atasının sözlərini eşidən Tanya öz yataq otağına getdi, pullarını saxladığı daxılı açıb içindəkiləri çarpayının üstünə
Sponsorlu Bağlantılar
tökdü. Pulları diqqətlə saydı. Otuz rubl otuz qəpik idi. Sonra onları cibinə qoydu, küçəyə çıxıb aptekə tərəf qaçdı.
Tanya kənarda durub əczaçının ona diqqət yetirəcəyini gözləyirdi. Lakin başqa bir adamla söhbət edən əczaçı, deyəsən, heç qızı görmürdü. Tanya onun diqqətini cəlb etmək üçün yavaşca öskürdü. Heç bir reaksiya olmadı. Bərkdən öskürməyə başladı. Yenə heç kəs anlamadı. Nəhayət, cibindən qəpik çıxarıb şüşəni döyəcləməyə başladı😠. Bunun təsiri oldu.
-Hə, bağışla,balaca,-deyə əczaçı, nəhayət, Tanyaya tərəf döndü.-Neçə ildir, qardaşımı görmürdüm. Başım onunla söhbətə qarışdı.
-Lap yaxşı, elə mən də öz qardaşım haqqında danışmaq istiyirəm,-deyə Tanya ciddi görkəmlə cavab verdi😒.